Qərbin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktiv olmaq istəyi Rusiyanın Azərbaycana daha yaxın olmasına yol açır. Bunu Dailykarabakh saytına açıqlamasında Strategic Outlook Araşdırmalar Mərkəzinin analitiki Mehmet Fatih Öztarsu xarici işlər naziri Sergey Lavrovun Rusiyanın münaqişənin həllində aktivliyini davam etdirəcəyi barədə İrəvanda səsləndirdiyi fikri şərh edərkən deyib.
Posts Tagged ‘Dağliq Qarabağ’
Ermənistanda oxuyan türkiyəli tələbənin Qafqaz baxışları
Mart 19th, 2011 oztarsu
Özünü idealist sayan türkiyəli tələbə Məhmət Fatih Oztarsu Qafqazda olub. Onun birinci dayanacağı Azərbaycanın paytaxtı Bakı idi. «Qohum ölkə» kimi xarakterizə edilən ölkədə o, Qafqaz Universitetində beynəlxalq məsələləri öyrənib. Burdakı təhsildən sonra araşdırmaları onu Gürcüstana aparıb, burda o qərara alıb ki, sərhəddin o tayına, Ermənistana da keçsin.